Azərbaycanlıların   "taclandırdığı" erməni "qanuni oğru":  "Çoxdan imtina etmişəm"
25 aprel 2026 17:05 (UTC +04:00)

Azərbaycanlıların "taclandırdığı" erməni "qanuni oğru": "Çoxdan imtina etmişəm"

0

Kriminal aləmdə “Zviad Tbilisski” kimi tanınan nüfuzlu “qanuni oğru” Zviad Ozmanyan hökm oxunmazdan əvvəl son sözünü deyib.

Lent.az xəbər verir ki, o, cinayət iyerarxiyasında ən yüksək mövqeyi tutmaq maddəsi ilə ittiham olunur: hüquq-mühafizə orqanlarının fikrincə, Zviad bir neçə il ərzində “oğru kassasına” nəzarət edib, “nəzarətçi” seçib və bütün bunları azadlıqdan məhrumetmə yerlərində olduğu halda həyata keçirib. Ozmanyan isə özünü təqsirli bilmir və bildirir ki, artıq çoxdan “qanuni oğru” statusundan imtina edib.

Məlumata görə, Zviad Ozmanyan məhkəmə zalına tibbi maska ilə daxil olub və jurnalistlərin də iştirak edəcəyini bilib. Saat 10:30-a təyin olunmuş iclasdan əvvəl o, vəkili ilə uzun müddət müzakirə aparıb və əlindəki yazılı qeydlərə baxıb.

Hökm öncəsi son sözün səsləndiriləcəyi nəzərə alınsa və onun geniş çıxış etməyə hazırlaşdığı hiss olunsa da, bunu etmədiyi görünür.

O, hakimdən çıxışının video çəkilişinə icazə verilməməsini xahiş edib, çünki sözlərinə görə, çıxışında onun “təhlükəsizliyinə təhdid yarada biləcək” məlumatlar olub. Lakin məhkəmə bu xahişi təmin etməyib və nəticədə onun çıxışı cəmi dörd sözlə məhdudlaşıb:

— Hər şey Allahın iradəsidir.

Bundan sonra hakim hökm çıxarmaq üçün müşavirə otağına çəkilib.

Zviad Ozmanyan 1984-cü ildə Ermənistanda anadan olub, Tbilisidə kriminal fəaliyyətə başladığı iddia olunur və bu yol onu sonradan Rusiyaya gətirib. İlk dəfə Moskvada həbs olunub.

2005-ci ildə o, qrup halında oğurluğa görə 1 il müddətinə azadlıqdan məhrum edilib. Sonrakı 8 il ərzində kriminal fəaliyyətini genişləndirib. Məlumatlara görə, o, sahibkarlardan pul yığır, əldə olunan vəsaitin bir hissəsini daha nüfuzlu şəxslərə verirdi. 2013-cü ilin fevralın 11-də isə 28 yaşlı Zviad Tbilisski Moskvada “qanuni oğru”lar Temuri Mirzoev, Gizo Kardava, Salmanul-Parusey Abdurzakov, Revaz Kaxmazov, azərbaycanlı Vaqif Süleymanov, Baxış Əliyev və digər kriminal “avtoritetlər” tərəfindən “taclandırılıb”.

Lakin bu statusla azadlıqda cəmi bir il qala bilib. 2014-cü ildə narkotik maddələrin saxlanması ittihamı ilə saxlanılarkən o, “qanuni oğru” olduğunu etiraf edib. Həmin vaxt o, Rusiya vətəndaşlığını Nijni Novqorod vilayətində aldığını və bu regionla sıx əlaqələrinin olduğunu bildirib.

Zviad Ozmanyanın 2024-cü ildə azadlığa çıxacağı gözlənilsə də, buraxılmasına bir neçə gün qalmış ona qarşı yenidən cinayət iyerarxiyasında yüksək mövqe tutmaq maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın versiyasına görə, o, 2019–2024-cü illər ərzində də Nijni Novqorod vilayətindəki cəzaçəkmə müəssisələrinə nəzarəti davam etdirib, “ümumi kassaya” rəhbərlik edib, “nəzarətçilər” təyin edib və kriminal mühitdə mübahisələri həll edib.

Ozmanyan isə ittihamları rədd edir. O bildirir ki, hələ 2019-cu ildə könüllü şəkildə “qanuni oğru” statusundan imtina edib və bu barədə Rusiya Federal Penitensiar Xidmətini rəsmi şəkildə məlumatlandırıb. Müdafiə tərəfi də qeyd edir ki, son illərdə o, ciddi rejimli həbsxanada tam nəzarət altında saxlanıldığı üçün belə fəaliyyətlə məşğul olmaq imkanına malik olmayıb. Üstəlik, vəkilin sözlərinə görə, həmin vaxta qədər kriminal mühit də artıq onu öz sıralarında qəbul etmirdi.

Qeyd edək ki, bir neçə il əvvəl mərhum azərbaycanlı “qanuni oğru” Lotu “Quli”nin dostları Zviad Tbisskini “oğru” adından məhrum ediblər. Buna səbəb onun “ümumi fond” üçün yığılan pulları oğurlaması olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar