Cəmi 4 tarix:  bu günlərdə dahilər doğulur
25 aprel 2026 19:26 (UTC +04:00)

Cəmi 4 tarix: bu günlərdə dahilər doğulur

0

Yüksək IQ və liderlik keyfiyyətləri ilə əlaqələndirilən dörd doğum tarixi açıqlanıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, numerologiya üzrə ekspertlər ayın müəyyən günlərində doğulan insanlar daha yüksək intellekt səviyyəsinə və təbii liderlik, analitik qabiliyyətlərə malik ola biləcəyini bildirirlər.

Onların fikrincə, bu cür insanlar qeyri-standart düşüncə tərzi, sürətli uyğunlaşma bacarığı və çətin qərarlar qəbul etmək qabiliyyəti ilə seçilirlər. Guya bu xüsusiyyətlər onları inkişafın əsas hərəkətverici qüvvəsinə çevirir.

Xüsusilə “dahilərin tarixləri” kimi aşağıdakı günlər göstərilir:

1-ci gün – bu tarixdə doğulanlar güclü intuisiya və müstəqil düşüncə ilə seçilən təbii liderlər hesab olunur.

5-ci gün – bu şəxslərə çevik düşüncə, maraqlılıq və sürətlə öyrənmək, dinamik mühitdə fəaliyyət göstərmək qabiliyyəti aid edilir.

14-cü gün – numeroloqların iddiasına görə, belə insanlar inkişaf etmiş məntiqə və mürəkkəb mövzuları sadə dillə izah etmək istedadına malik olurlar.

22-ci gün – bunlar “usta-qurucular” adlandırılır; strateji düşüncə ilə praktiklik arasında balans yaradır və böyük ideyaları reallaşdıra bilirlər.

Bununla belə, bu cür iddiaların elmi sübutu yoxdur və əsasən numerologiya çərçivəsində şərhlərə əsaslanır. Alimlər vurğulayırlar ki, intellekt səviyyəsi daha mürəkkəb amillərlə – genetika, təhsil və mühit kimi faktorlarla müəyyən olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar