İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən  danışdı: "Gündə 10 dəfə  təmizlik edirəm"
25 aprel 2026 13:48 (UTC +04:00)

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı: "Gündə 10 dəfə təmizlik edirəm"

0

Məşhur müğənni İbrahim Tatlısəsin qızı Dilan Çıtak qonaq olduğu proqramda həm səhhəti, həm də şəxsi həyatı ilə bağlı sarsıdıcı etiraflar edərək, yaşadığı çətinlikləri ilk dəfə bu qədər açıq şəkildə dilə gətirib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, uzun müddətdir Obsessiv-Kompulsiv Pozuntu (OKB) ilə mübarizə apardığını və bu səbəbdən peşəkar müalicə aldığını bildirən ifaçı, təmizlik xəstəsi olmasının gündəlik həyatını dözülməz hala saldığını vurğulayıb. O, hətta pişikləri qumu eşələyəndə yuxudan oyanıb evi süpürdüyünü, gün ərzində ən az 10 dəfə təmizlik etdiyini və evdə ayaq izi qalacağı qorxusu ilə qonaq qəbul etməkdən belə çəkindiyini qeyd edib.

Şəxsi həyatındakı problemlərin sənət fəaliyyətinə də mənfi təsir etdiyini deyən Dilan Çıtak, atası İbrahim Tatlısəsin bəzi bəyanatlarından sonra bir neçə mühüm marka müqaviləsinin ləğv edildiyini və menecerlərin onunla çalışmaqdan imtina etdiyini bildirib. Maqazin dünyasındakı qalmaqalların mərkəzində istəmədən yer aldığını ifadə edən müğənni, ona qarşı ədalətsiz davranıldığını və haqsız ittihamların karyerasını zədələdiyini vurğulayaraq yaşananlara kəskin etirazını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar