Axtarışda olan 906 nəfər sərhəddə saxlanılıb
18 avqust 2010 11:15 (UTC +04:00)

Axtarışda olan 906 nəfər sərhəddə saxlanılıb

Son bir ildə axtarışda olan 906 nəfər Azərbaycanın dövlət sərhədlərini keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.


APA-nın DSX-dan əldə etdiyi məlumata görə, ümumilikdə ötən bir il ərzində Azərbaycan sərhədçiləri tərəfindən dövlət sərhədi və sərhəd rejim qaydalarının pozuntularında iştirakı etmiş 9 086 nəfər saxlanılıb ki, bunlardan da 408 nəfəri sərhəd pozucusudur. Onlardan 138 nəfəri Azərbaycandan xarici ölkələrə keçərkən, 270 nəfəri isə Azərbaycana gələrkən saxlanılıb.


Sərhəd pozucularının 57,6%-ni Azərbaycan, 11,3%-ni İran, 7,8%-ni Gürcüstan, 6,9%-ni Banqladeş, 3,9%-ni Pakistan, 3,2%-ni Rusiya, qalanlarını isə digər ölkələrin vətəndaşları təşkil edib.


Hesabat dövründə ümumi dəyəri təxminən 4 mln. 215 min manat məbləğində qaçaqmal saxlanılıb. Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri nəticəsində isə 296 kq 939,3 qram narkotik maddə aşkarlanaraq götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351

Oxşar yazılar