Bərdədə su kanalından zabit meyiti tapıldı
Qarabağ kanalının Bərdədən keçən hissəsindən meyit tapılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Mirzalıbəyli kəndi yaxınlığından aşkarlanan kişi meyitinin əynində Azərbaycan Ordusunun zabitinə məxsus hərbi geyim olub. Baş leytenant rütbəsində olan zabitin geyiminin üzərində qulluq etdiyi hərbi hissənin nömrəsi əks olunub.
Hazırda Bərdə Rayon Prokurorluğunun və yerli Polis Şöbəsinin əməkdaşları meyitin şəxsiyyətinin müəyyən edilməsi üçün müvafiq tədbirlər həyata keçirirlər. Meyitin tapılması barədə sözügedən hərbi hissəyə də məlumat verilib. Meyitin Mingəçevir və yaxud da Yevlax şəhəri istiqamətindən axıb gəldiyi ehtimal olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar yazılar

Tanınmış oftalmoloq barəsində cinayət işi açıldı
14 iyul 2025 , 11:45Sabirabadda 76 yaşlı kişinin meyiti tapıldı
14 iyul 2025 , 11:39Sabirabadda DƏHŞƏT: oğlu 85 yaşlı anasını döyüb öldürdü
14 iyul 2025 , 11:33
“MİDA” yaşayış kompleksində ÖLÜM
14 iyul 2025 , 11:08
Bakıda 82 yaşlı kişi yıxılıb öldü
14 iyul 2025 , 10:30
Bakıda iki maşın toqquşdu: 1 ölü, 5 yaralı
14 iyul 2025 , 09:33
Bank və xəbər saytına müdaxilə edən haker ələ keçdi - DTX-dan ƏMƏLİYYAT
14 iyul 2025 , 09:05