FHN yanğın-taktiki təlim keçirib
Sentyabrın 3-də ARDNŞ-in Sumqayıt şəhərində yerləşən “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun “J-70” sexində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Bakı və Sumqayıt qarnizonlarının şəxsi heyəti və obyektin mühəndis-texniki heyəti cəlb olunmaqla yanğın-taktiki təlim keçirilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində məqsəd obyektin mühəndis-texniki heyətinin yanğın zamanı hərəkətlərini, DYMX-nin şəxsi heyətinin mürəkkəb şəraitlərdə baş verən yanğınlar zamanı bilik və bacarıqlarının yoxlanılması, ekstremal vəziyyətlərdə psixoloji hazırlıqlarının və peşə vərdişlərinin təkmilləşdirilməsi olub.
Keçirilən yanğın-taktiki təlimə 12 ədəd müxtəlif su tutumlu əsas yanğın avtomobilləri, 1 ədəd avtonərdivan, 1 ədəd sənaye yanğın avtomobili, 4 ədəd xüsusi təyinatlı yanğın avtomobili, DYMX-nin 120 nəfər şəxsi heyəti və “Azərkimya”nın 80 nəfərdən artıq mühəndis-texniki heyəti cəlb olunub.

Oxşar yazılar

Göyçayda kişi həyətdə yıxılıb öldü
7 iyul 2025 , 09:24
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54