Belarusda partlayıcı qurğu düzəldən azərbaycanlıya hökm oxunub
O, bu işi hərbi xidmətdə olarkən öyrəndiyini deyib
Belarusun Brest şəhər məhkəməsi Minskdə Müstəqillik Günü baş vermiş partlayışla əlaqələndirilən cinayət işi üzrə hökm oxunub.
Lent.az-ın məlumatına görə, müttəhimlər kürsüsündə oturan 25 yaşlı iki gəncdən biri Azərbaycan vətəndaşıdır. İttihamnamədə onun ötən ilin iyununda kriminal qurumların sifarişi ilə partlayıcı qurğu hazırladığı bildirilir.
Belarusun ONT telekanalının yaydığı məlumata görə, o, partlayıcı hazırlamaq bacarığına Azərbaycan Sərhəd qoşunlarında hərbi xidmətdə olarkən yiyələnib. Əlavə məlumatları isə internetdə tapıb. O, təhlükə mənbəyi olan qurğuları evində hazırlayırmış.
İstintaqın gedişində bəlli olub ki, belə təhlükəli əməllə məşğul olsa da, nə “usta” azərbaycanlının, nə də vasitəçi Belarus vətəndaşının Minskdəki partlayışla heç bir əlaqəsi yoxdur.
Bundan sonra İbrahimov soyadlı Azərbaycan vətəndaşı cəzasını ciddi rejimli İƏM-də çəkməklə 2 il, Brest sakini isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Oxşar yazılar

Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10