Hüseyn Dəryanın bacısı jurnalistləri təhqir etdi
0
0
Reperin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin qanunsuz əldə olunması, istifadəsində və silah əldə edib saxlamaqda təqsirləndirilən məşhur reper Hüseyn Muradov (Dərya), Bəylər Qəmbərov və Hikmət Şahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prokuror çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi zamanı Hüseyn Dəryanın bacısı jurnalistləri təhqir edib. O, jurnalistləri məhkəmə prosesini düzgün işıqlandırmamaqda ittiham edib: “Jurnalistlər ağızlarına gələni yazır. Mən bilirəm bunlar hardan gəlir, niyə belə şeylər yazırsınız”.
Hakim M.Bayramov bu məsələyə münasibət bildirərək prosesi işıqlandıran jurnalistlərdən narazı olmadığını bildirib: “Jurnalistlərin prosesdə iştirak etməyə hüquqları var və onlar məhkəməni obyektiv işıqlandırırlar”.
Məhkəmə prosesi martın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Bəylər Qəmbərov, Hikmət Şahverdiyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə), Hüseyn Muradov (Dərya) isə 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma) maddələri ilə təqsirləndirilir.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Bakıda FACİƏ: sirkə turşusu içən qadın öldü
5 sentyabr 2025 , 16:39
Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı - POLİSDƏN ƏMƏLİYYAT
5 sentyabr 2025 , 14:55
Naftalanda parkda meyit tapıldı
5 sentyabr 2025 , 14:12
“Tərtər işi”ndən YENİ XƏBƏR
5 sentyabr 2025 , 12:54
Bakıda daha bir PİYADA FACİƏSİ: yolu keçəndə maşın vurub öldürdü
5 sentyabr 2025 , 12:03
Adəm Məmmədov həbsdən buraxıldı
5 sentyabr 2025 , 11:38
Göygöldə meyit tapıldı
5 sentyabr 2025 , 11:24