Bayılda yerləşən 1 saylı İstintaq Təcridxanasının köçürülür
Nazim Ələkbərov: “Köçürülməyə bir aydan sonra başlanacaq”
“Penitensiar Xidmətin Bayılda yerləşən 1 saylı İstintaq Təcridxanasının köçürülmə prosesinə bir aydan sonra başlanacaq”.
Jurnalistlərə açıqlamasında APA-nın əməkdaşının sualının cavablandıran Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Nazim Ələkbərov bildirib ki, yeni istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin inşası davam etdirilir: “Bayılda yerləşən 1 saylı İstintaq Təcridxanası Kürdaxanı-Zabrat yolu üzərində yeni tikilən Bakı İstintaq Təcridxanası ilə əvəz olunacaq. Ümumiyyətlə isə Bakıda bir istintaq təcridxanası fəaliyyət göstərəcək”. N. Ələkbərov deyib ki, paytaxtda yerləşən cəzaçəkmə müəssisələri də şəhərin mərkəzindən kənarda fəaliyyət göstərəcək: “Regionlarda da cəzaçəkmə müəssisələrinin tikilməsi nəzərdə tutulub və bu istiqamətdə işlər gedir. Qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsi və Yetkinlik Yaşına Çatmayanların Tərbiyə Müəssisəsi üçün də Başı şəhər İcra Hakimiyyəti tərəfindən yeni yer ayrılıb. Artıq müasir tipli bu müəssisələrin layihəsi hazırdır və tikinti işlərinə ilin sonunda başlanacaq”.

Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28