Bakıda daha bir estetik mərkəzdə YOXLAMA:  Nələr üzə çıxdı?
27 avqust 2026 11:09 (UTC +04:00)

Bakıda daha bir estetik mərkəzdə YOXLAMA: Nələr üzə çıxdı?

0

Bakıda fəaliyyət göstərən "Vefa Esthetic Center" MMC-yə məxsus tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Yoxlama nəticəsində "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 49.1-ci maddəsinin pozulduğu müəyyən edilib. Özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilmədiyi, xüsusilə "kosmetologiya" işi üzrə həkimin qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxıldığı aşkarlanıb. pizza mizza

Bundan başqa, tibbi qeydiyyat sənədlərinin Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş forma və qaydalar üzrə aparılmadığı məlum olub. Ambulator pasiyentlərin qeydiyyatının "Av Medical" proqramı üzrə həyata keçirilməsi ilə "Özəl tibb fəaliyyəti haqqında" Qanunun 16-cı maddəsinin pozulduğu üzə çıxıb.

Yoxlama zamanı "Dərman vasitələri haqqında" Qanunun 4.8 və 6.1-ci maddələrinin də pozulduğu, müəssisədə yararlılıq müddəti bitmiş və dövlət qeydiyyatından keçməmiş dərman vasitələri, lisenziyada göstərilən işlərdən kənar fəaliyyət faktı müəyyən edilib. İşçilərin siyahısına baxış zamanı sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi üzrə "endokrinoloq" vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması faktı aşkarlanıb.

Analitik Ekspertiza Mərkəzi "Vefa Esthetic Center" MMC barəsində inzibati tənbeh tədbirləri seçilib, İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə icraata göndərilib./ "Yeni Sabah" 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar