“Bizə vəhhabi dediyinə görə Hacı Əbdülü döyəcəkdik”
02 aprel 2009 14:30 (UTC +04:00)

“Bizə vəhhabi dediyinə görə Hacı Əbdülü döyəcəkdik”

Radikal dini qruplaşma üzvləri “vəhhabi” adlandırılmalarına etiraz ediblər

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.


APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər Kamran Babayevin, Bəxtiyar Orucovun və Yaşar Məhərrəmovun tanışları Zaur Bədəlov, Kamran Qədirov, Rafiq Qədirov əlavə şahid qismində ifadə veriblər. Şahid K. Qədirovun məhkəməyə şahid qismində gələ bilməyəcəyi haqda göndərdiyi məktubda qeyd olunan fikirlərlə bağlı mübahisə yaranıb. Təqsirləndirilən K. Əsədov şahiddən onları niyə “vəhhabi” adlandırdığını soruşub. K. Qədirov isə məsələ ilə bağlı ittiham olunanları qane edə biləcək fikir söyləyə bilməyib.


Təqsirləndirilən Samir Mehrəliyev isə deyib ki, onlara “vəhhabi” deməyin üstündə bir neçə il öncə “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdüllə mübahisələri yaranıb: “Bu sözü qəsdən bizə şamil edirlər. İbadət edə-edə biz özümüzə müsəlman deyirik, qəbul etmirsiniz. Bizi vəhhabi adlandırırsınız. Amma araq içənlər özlərinə müsəlman deyir, qəbul edirsiniz. Hacı Əbdül də tez-tez vəhhabi sözü deyirdi. Bunun üstündə bir dəfə onu döyəcəkdik”.


Hakim İslam Neymanov isə bu məsələnin ittihama aid olmadığını və Cinayət Məcəlləsində öz əksini tapmadığını deyib. Prokuror bildirib ki, vəhhabi kəlməsi cəmiyyətdə səslənir, buna görə də burada günahkar axtarmayın.
Hakim məhkəməyə təqsirləndirilən Fərid Cabbarovun səhhətində problemin olması ilə bağlı sənəd daxil olduğunu da bildirib.


Proses aprelin 9-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
# 1124

Oxşar yazılar

Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27