Ehtiyatsız ana körpələrini yandırıb
10 sentyabr 2010 14:52 (UTC +04:00)

Ehtiyatsız ana körpələrini yandırıb

Sentyabrın 9-da Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasından Gəncə şəhər Polis İdarəsinə daxil olan məlumata görə, 102 saylı hərbi şəhərcikdə qeydiyyatda olan 2007-ci il təvəllüdlü Taleh Səmədov və onun qardaşı, 2008-ci il təvəllüdlü Akif Səmədov anasının ehtiyatsızlığı ucbatından çaydandan tökülən qaynar su ilə yanıb.

Gəncə şəhər Polis İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, həkimlərin müdaxiləsi ilə onların həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969

Oxşar yazılar