Qubada bələdiyyə sədrinin oğlu dəhşətli qəza törətdi
Bu gün Qubada ağır yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun 167-ci km-də qeydə alınıb.
Quba şəhər sakini Bəhram Əliyev idarə etdiyi “Mercedes” markalı, 40 AA 022 dövlət nömrə nişanlı avtomaşınla piyada 45 yaşlı İmran Əliyevi vurub. İmran Əliyev hadisə yerindəcə dünyasını dəyişib. Qəzadan sonra avtomaşın 50-60 metr “uçub”. Daha sonra divara çırpılıb, zərbənin təsirindən yaxınlıqda olan iki mağazanın şüşələri sınıb.
Qeyd edək ki, Bəhram Əliyev Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyevin oğludur. BDYPİ-nin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimov Lent.az-a bildirib ki, ilkin ehtimallara görə, qəza avtomaşının yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxşar yazılar

Türkiyədə 4 zəlzələ baş verdi, dağıntılar var-YENİLƏNİB
10 avqust 2025 , 22:17
İnterpolun axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda TUTULDU
10 avqust 2025 , 17:12
Boşanan kişi bir aydan çox yalnız pivə içdikdən sonra öldü
10 avqust 2025 , 14:51
Realiti-şou ulduzu sevgilisinin başını kəsdi
10 avqust 2025 , 12:47
Kişi tətildə məşhur tərəvəz yedi, qəfil öldü: səbəb şokedicidir
10 avqust 2025 , 11:58
Yekaterinburqda DƏHŞƏT: qadın iki övladını öldürüb və intihar etdi
10 avqust 2025 , 11:19Balaxanıda ağır yol qəzası oldu -VİDEO
10 avqust 2025 , 10:39