Qardaş namus üstündə bacısının başını kəsdi
20 sentyabr 2010 11:05 (UTC +04:00)

Qardaş namus üstündə bacısının başını kəsdi

Bu barədə APA-ya Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib.

Hadisə ötən gecə saat 02.30 radələrində rayonun Qalaqayın kəndində qeydə alınıb. Kənd sakini, 22 yaşlı İsmayıl Əliyev özündən 7 yaş böyük bacısı Vüsalə Əliyevanın boğazını kəsib. V. Əliyeva çoxlu qan itirdiyindən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən İ. Əliyev saxlanılıb. İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar