Bakıda yol kənarından qumbara tapıldı
0
0
Bakının Abşeron rayonunda yol kənarından qumbara tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Saray qəsəbəsində avtomobil yolunun kənarında döyüş sursatının aşkarlanması barədə məlumat verilib.
FHN-in müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın daşınması təhlükəli olan 1 ədəd "RQD-5" tipli əl qumbarası olduğu müəyyən edilib. Xilasedicilər hadisə yerinə toplaşmış insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb və aşkarlanmış qumbara nazirliyin mütəxəssisləri tərəfindən təhlükəsiz vəziyyətə gətirilib.