Terrorda suçlanan Qubadlı sakini beynəlxalq axtarışda!
20 sentyabr 2010 18:24 (UTC +04:00)

Terrorda suçlanan Qubadlı sakini beynəlxalq axtarışda!

Azərbaycan daha bir terrorçu barəsində beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

İnterpol xətti ilə axtarılan azərbaycanlı Hafiz Ruslan oğlu Ramizzadədir. Qubadlı rayonundan olan H. Ramizzadə terrorçuluqda ittiham olunur və o, Bakının Səbail rayon hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, H. Ramizzadə radikal dini qruplaşmanın üzvüdür və uzun müddət Gürcüstanın Pankisi dərəsindəki qeyri-qanuni silahlı birləşmələrin tərkibində təlim keçib. O, 2003-cü il yanvar ayının 29-da Gürcüstan Respublikası Dövlət Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşları tərəfindən Pankisi dərəsindəki qeyri-qanuni silahlı birləşmələrə məxsus hərbi düşərgədə həbs olunub. Azərbaycan hüquq-mühafizə orqanlarında təhvil verilən H. Ramizzadə mühakimə olunub və bir neçə il sonra azadlığa buraxılıb.

Bundan başqa, H. Ramizzadə daha bir neçə dəfə vəhabilərin toplantılarında iştirak etdiyi üçün inzibati məsuliyyətə cəlb edilib. Sonradan isə onun Şimali Qafqazda terrorçu qruplaşmalara qoşulduğu ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1568

Oxşar yazılar

70 kq qızılla  tutulan hərbi attaşedən YENİ XƏBƏR

70 kq qızılla tutulan hərbi attaşedən YENİ XƏBƏR

19 iyun 2025 , 10:30
Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

19 iyun 2025 , 09:50
Balakəndə 49 yaşlı kişinin meyiti evinin həyətində  tapıldı

Balakəndə 49 yaşlı kişinin meyiti evinin həyətində tapıldı

19 iyun 2025 , 09:23
Ramiz Duyğun VƏFAT ETDİ

Ramiz Duyğun VƏFAT ETDİ

19 iyun 2025 , 08:46
Daşkəsəndə 62 yaşlı kişi qumun altında  öldü

Daşkəsəndə 62 yaşlı kişi qumun altında öldü

18 iyun 2025 , 22:09
Azər Qasımlının məhkəməsi başladı

Azər Qasımlının məhkəməsi başladı

18 iyun 2025 , 19:40
Gəncədə hamamda PARTLAYIŞ:   yeniyetmə qız yaralandı

Gəncədə hamamda PARTLAYIŞ: yeniyetmə qız yaralandı

18 iyun 2025 , 19:28
Cəlilabadda gənc oğlan  itkin düşdü

Cəlilabadda gənc oğlan itkin düşdü

18 iyun 2025 , 18:53