Gəncədə sex yanıb
21 sentyabr 2010 12:50 (UTC +04:00)

Gəncədə sex yanıb

0
Sentyabrın 21-də saat 03:20 radələrində Gəncə şəhərində yanğın hadisəsi baş verib. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, hadisə Sevinc qəsəbəsində yerləşən, ümumi sahəsi 200 kv metr olan tamet istehsal olunan sexdə baş verib.

Yanğında sexin 150 kv metr tavan hissəsi və iki dəzgah yararsız hala düşüb. Xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1218

Oxşar yazılar