Hərbi maşın aşdı, ölən və yaralananlar var
Azərbaycanda hərbi maşın qəzaya uğrayıb. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Hadisə bu gün saat 14.30 radələrində Sumqayıt-Xızı yolunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus yük maşınının aşması nəticəsində ölən və yaralananların olduğu bildirilir. Onların şəxsiyyəti hələlik məlum deyil.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Hazırda həmin hərbçilərin adları dəqiqləşdirilir.

Oxşar yazılar

Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Şəmkirdə süni göldə 3 nəfər batdı
4 iyul 2025 , 18:08
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29