
“BMW” ağaca çırpıldı: 1 ölü
Qusar rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 181-ci km-də qeydə alınıb. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi Hikmət Kərimovun Lent.az-a verdiyi məlumata görə, Qusar rayon sakini Albert Güləhmədovun idarə etdiyi “BMW” markalı, 90 EL 520 dövlət nömrə nişanlı avtomaşın idarəetmənin itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü və sərnişin Qusar rayon Aşağı Urva kənd sakini Rabil Tağıyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 28 yaşlı Rabil Tağıyevin həyatını xilas etmək mümkün olmayıb. Sürünün vəziyyəti isə orta ağır olaraq qalır. Faktla bağlı araşdırmalar davam edir.
Oxşar yazılar

Sabirabadda gənc oğlan Kür çayında boğuldu
5 iyul 2025 , 09:52
Bakıda üç avtomobil toqquşdu
5 iyul 2025 , 03:08
Şəkidə sürücünün ürəyi tutdu, qəza edib öldü
5 iyul 2025 , 00:31
Şəmkirdə 3 azyaşlı göldə batdı - YENİLƏNİB
4 iyul 2025 , 19:29
Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46