Ermənilər atəşkəsi pozub
02 oktyabr 2010 10:30 (UTC +04:00)

Ermənilər atəşkəsi pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 1-də saat 16.15-dən 16.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 12.10-dan 12.30-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 20.30-dək və oktyabrın 2-də saat 04.05-dən 04.50-dək Tərtər rayonunun Qapanlı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar