Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisinin sprint yarışında zəncirvari qəza olub.
Lent.az apasport.az-a istinadla xəbər verir ki, yarışın sonlarında trasda xaotik vəziyyət yaranıb.
Bir neçə bolid bir-birinə dəyərək trasdan çıxıb. Hadisə sprint yarışının son dövrələrində qeydə alınıb.
Qeyd edək ki, Bakıda keçirilən Azərbaycan Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.