Faiq Ağayev: “Məni 1 ay idi ki, izləyirdilər”
Altı bıçaq zərbəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Faiq Ağayevin mətbuat konfransı iki dəfə təxirə salınsa da, bu gün baş tutub. Lent.az-ın məlumatına görə, xalq artisti media nümayəndələri ilə görüşməklə özü barəsində yayılan yalan və böhtanların qarşısını almaq istədiyini deyib.
Faiq Ağayev əvvəlcə bildirib ki, onunla birgə olan şəxslər cangüdənləri deyil: “Mənim yalnız bir cangüdənim var. İki cangüdənlə gəzmək xəbəri yalandır”.
Daha sonra Ağayev istintaqa verdiyi ifadələri yenidən təkrarlayıb. O qeyd edib ki, hadisə adı cangüdəni kimi hallanan Azərlə yeni istirahət məkanının açılışından qayıdarkən baş verib: “Oradan qayıdanda, maşınımda rəfiqəm Sona da vardı. Biz onu evə qoyub, qayıtmaq istəyirdik. Mübahisə də bu zaman başladı. Mən maşının pəncərələrini bağlamışdım, onlar bizə tərəf butulka atırdılar”.
Faiq Ağayev qətiyyətlə bildirib ki, bütün bunlar ona qarşı provakasiyadır: “Həm də mənə 6 bıçaq zərbəsinin hamısını bir nəfər vurmayıb. Onların yanında olan Natəvan adlı qadın da mənə bıçaqla vururdu. Deyirlər ki, guya yanımdakı iki nəfərə onları tapdamağı tapşırmışam, hamısı ağ yalandır”.
Xalq artisti həmçinin vurğulayıb ki, həmin şəxslərlə restoranın qarşısında mübahisə etməsi xəbəri də doğru deyil: “Mübahisə də, bıçaqlanma da həmin o “Kubinka”da oldu. Mən sizə deyim ki, məni bıçaqlayan Seymurun qardaşı Bəhruz düz bir ay idi ki hər-gün sərasər məni izləyirdi. O, hər gün məni təqib edirdi. Bu da onu deməyə əsas verir ki, bu hadisə əvvəlcədən planlaşdırılıbmış. Deyir ki, guya, Natəvanı qorumaq məqsədi ilə belə edib. Amma elə deyil. Onlar qrup halında mənə qarşı cinayət törədiblər. Seymurun anası deyir ki, guya mən narkotik almaq üçün ora getmişəm. Əgər elə olsaydı, dəfələrlə qanımdan analiz götürülüb. Bir dəfə ortaya çıxardı narkotik əlaməti. Desin görək hansı qapıdan bir dəfə girib narkotik almışam? Ola bilər ki, hansısa məclisdə oturub bir qədər içmişəm, bunu gizlətmirəm. Amma 39 yaşım var və bu günə qədər narkotikdən istifadə etməmişəm”.
Jurnalistlər Faiq Ağayevə baş verənlərin onun üçün bir piar ola bilməsi ilə bağlı sual da veriblər. Bu zaman Faiq Ağayev köynəyini qaldıraraq, bədənindəki bıçaq yaralarını göstərib: “Heç kimə belə piar arzulamıram. Mən onları yalnız Allaha tapşırıram”.
Sonda Faiq Ağayev daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edərək, işin ədalətli araşdırılmasını xahiş edib.
Xəyalə

Oxşar yazılar

Rusiya İran PUA-ları ilə SOCAR-ın Odessadakı neft bazasını vurdu - VİDEO - YENİLƏNİB
18 avqust 2025 , 10:47
Daşkəsəndə 16 min manatlıq inəklər oğurlandı
18 avqust 2025 , 10:26
30 kiloqramdan artıq narkotik belə saxlanıldı
18 avqust 2025 , 10:02
Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada öldü
18 avqust 2025 , 09:56
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək paylaşan turistlər saxlanıldı -VİDEO
18 avqust 2025 , 09:26
Astaradakı qətllə bağlı şübhəli bilinən şəxs tutuldu
18 avqust 2025 , 09:14
Bakıda şəhid məzarına hörmətsizlik edən ƏRƏBLƏR saxlanıldı - VİDEO
18 avqust 2025 , 02:36