Türkiyədə Azərbaycana məxsus iri yük avtomobili (TIR) yanıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun-Ankara yolunda qeydə alınıb.
Azərbaycan dövlət qeydiyyat nişanlı olan və N.İ.S-nın idarə etdiyi TIR-ın mühərrik hissəsində qəfil yanğın başlayıb. Dərhal əraziyə yanğınsöndürən və xilasedicilər cəlb olunub. Yanğın söndürülsə də, avtomobil tam yararsız hala düşüb.
Məlumata görə, TIR taxta materialları daşıyırmış.