Bakıda 3 yaşlı uşaq müəmmalı şəkildə  öldü: atası həkimi   günahlandırır
29 aprel 2026 13:50 (UTC +04:00)

Bakıda 3 yaşlı uşaq müəmmalı şəkildə öldü: atası həkimi günahlandırır

1

Bakıda azyaşlı müəmmalı şəkildə ölüb. 

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən Hematologiya və Transfiziologiya İnstitutunda qeydə alınıb. 

Orada müalicə alan 3 yaşlı Nəzrin dünyasını dəyişib. 

Uşağın atası Teymur Kərimov hadisə ilə bağlı polisə şikayət edib. 

O, şikayətində qızının həkim səhlənkarlığı səbəbindən öldüyünü iddia edib.  

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Hadisəyə Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 350

Oxşar yazılar