Bu ilki yay mövsümündə 12 nəfəri gün vurub
13 iyul 2009 13:00 (UTC +04:00)

Bu ilki yay mövsümündə 12 nəfəri gün vurub

Onlardan 3-ü xəstəxanaya yerləşdirilib


“İyul ayı ərzində günvurma ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 3 nəfər müraciət edib, onların 2-si xəstəxanaya yerləşdirilib”.


Bu barədə Lent.az.-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müalicə işləri üzrə müavini Suğra Əmirqızı məlumat verib. Onun sözlərinə görə, ümumilikdə, mövsüm ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12 nəfər müraciət edib və onların 3-ü xəstəxanaya yerləşdirilib. Başqa sözlə, xəstəxanaya yerləşdirilən 3 xəstədən 2-si iyul ayında günvurma diaqnozu ilə stansiyaya müraciət edib. Suğra Əmirqızı bildirib ki, xəstələrə lazımi tibbi yardım göstərilib.

Ramiz
# 697

Oxşar yazılar