Müğənni Xatirənin maşınını yandırıblar - YENİLƏNİB
13 iyul 2009 19:30 (UTC +04:00)

Müğənni Xatirənin maşınını yandırıblar - YENİLƏNİB

Müğənni Xatirə İslamın avtomobili yandırılıb.

Bu barədə Lent.az-a müğənni özü məlumat verib. Hadisə bu gün səhərə yaxın baş verib. Belə ki, müğənniyə məxsus “10 NC 111” dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobil naməlum şəraitdə Nərimanov rayonu, Ziya Bunyadov 30 ünvanında (müğənninin yaşadığı binanın qarşısında) yandırılıb.

Hadisə yerinə gedən yanğınsöndürən alovun qarşısı alınıb, ancaq maşın yararsız hala düşüb. Hələlik hadisənin başvermə səbəbləri məlum deyil, araşdırma aparılır.

“Məsələ ilə bağlı Nərimanov rayon Polis İdarəsinə artıq müraciət etmişəm. Polis tədqiqat işləri aparır” – deyə, müğənni bildirib.
# 1302

Oxşar yazılar