20 avtomobil toqquşdu: 6 ölü
                                    
                                    0
                                
                                    0
                                
                                Bu gün saat 05:00 radələrində Türkiyədə böyük avtomobil qəzası baş verib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Bursa-İzmir yolunda qatı duman səbəbindən eyni vaxtda 20 avtomobil və sərnişin avtobusu toqquşub. 
Ən azı 6 nəfər ölüb, 40 nəfərdən çox yaralı var. Qatı duman xilasetmə işlərini çətinləşdirir. Bəzi sərnişinlər hələ də avtobus və minik avtomobillərində olduğu üçün onların da öldüyü güman edilir. Qəza səbəbindən Bursa-İzmir yolu bağlanıb.