DİN İran səfirliyi qarşısındakı aksiya ilə bağlı məlumat yayıb
                                    
                                    0
                                
                                    0
                                
                                Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 9-da saat 11.00 radələrində İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin inzibati binasının qarşısında Beynəlxalq Diaspora Mərkəzinin 30-40 nəfər nümayəndəsi icazəsiz piket keçirməyə cəhd göstərib.
Həmin vaxt cəhdin qarşısı alınıb, etiraz edənlərdən 4 nəfəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilib.
Bundan sonra, saat 13.00 radələrində 15-20 nəfər nümayəndəsi yenidən piket keçirməyə cəhd göstərib.
Bu dəfə də cəhdin qarşısı alınıb və 4 nəfər 9-cu Polis Bölməsinə gətirilib. Onlardan 3 nəfəri cərimə olunub, 1 nəfərinə isə xəbərdarlıq edildikdən sonra buraxılıb.