Bakıda keyfiyyətsiz bint istehsal edən sex aşkarlanıb
11 fevral 2011 14:58 (UTC +04:00)

Bakıda keyfiyyətsiz bint istehsal edən sex aşkarlanıb

0
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Mətləb Cəfərov ölçüləri standarta uyğun olmayan keyfiyyətsiz, sterilizə olunmayan 3000 ədəd tibbi binti satarkən tutulub. M.Cəfərova məxsus sexə baxış zamanı 3 rulon tənzif, 2000 etiket və 4000 istehsal olunan bint aşkarlanıb.


Eyni zamanda tibbi ləvazimatların istehsalında istifadə olunan 4 dəzgah da müsadirə edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

İstintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1081

Oxşar yazılar