Müdafiə Nazirliyi polkovnikin ölümü barədə məlumatı təsdiqlədi
11 fevral 2011 17:17 (UTC +04:00)

Müdafiə Nazirliyi polkovnikin ölümü barədə məlumatı təsdiqlədi

0
Nazirliyin mətbuat xidmətinin rəis köməkçisi Teymur Abdullayev Lent.az-a bildirib ki, A.Allahverdiyev bu gün saat 10.00 radələrində yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib.


Qeyd edək ki, hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, polkovnik A.Allahverdiyev Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 23 ünvanındakı mənzilinin hamamında dəm qazından boğulub. A.Allahverdiyevin övladları 1997-ci il təvəllüdlü oğlu Ramiz və qızı 12 yaşlı Fatimə də həmin vaxt evdə olub. Onların hər ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 679

Oxşar yazılar