Bakıda 2 nəfər dəm qazından boğulub
12 fevral 2011 13:23 (UTC +04:00)

Bakıda 2 nəfər dəm qazından boğulub

0
Bakıda dəm qazından boğulma halları qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 11-də Səbail rayonu Z.Əliyeva küçəsi ev 23 mənzil 9-da, orada yaşayan Aydın Allahverdiyev dəm qazından boğulub, qızı Fatimə və oğlu Ramiz isə xəstəxanaya yerləşdiriliblər.


Fevralın 11-də Nizami rayonu E.Süleymanov küçəsi döngə 3 mənzil 15-də, orada yaşayan Əntiqə İbrahimova da dəm qazından boğulub, oğlu Elşən isə xəstəxanaya yerləşdirilib.


Sumqayıtda isə fevralın 11-də şəhər sakinləri Əfsanə Qasımova, Aliyə Abbasova, Aytən Mikayılova, Xəyalə Qasımova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Onların vəziyyəti qənaətbəxşdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 704

Oxşar yazılar