Partlayan gəmidə yaralananlardan biri öldü
15 fevral 2011 09:30 (UTC +04:00)

Partlayan gəmidə yaralananlardan biri öldü

0
Xəbər verdiyimiz kimi, fevralın 14-də saat 23 radələrində Bakı buxtasında təmirə dayanmış gəmidə partlayış baş verib.

Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, 6-cı mədən yaşayış massivində təmirə dayanmış “Şirvan” yük gəmisində qaynaq işləri zamanı qaz sızması səbəbindən partlayış olub.

İlkin məlumatlarda hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilib. Onlardan 3 nəfəri ağır yanıq xəsarətləri alıb. Gəmidəki fəhlələrdən 2 nəfər (Rafiq Qarayev və atası Yurka Qarayev) partlayış zərbəsindən ağır travma alıblar. Daha 1 nəfər isə müxtəlif xəsarətlərlə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Bu gün səhər saatlarında Kliniki Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, gecə xəstəxanaya gətirilən yaralılardan biri – Rafiq Qarayev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar