Minik avtomobili yük maşınına çırpıldı: 4 yaralı
16 fevral 2011 11:14 (UTC +04:00)

Minik avtomobili yük maşınına çırpıldı: 4 yaralı

0
Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində 90 HZ 912 dövlət nömrə nişanlı “VAZ 2104” markalı avtomobil özəl şirkətlərdən birinə məxsus olan H 017 618 nömrəli “Hyundai” markalı yük maşınına çırpılıb.


Qəza nəticəsində minik avtomobilində olan 4 nəfər ağır xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar.

Araşdırma aparılır.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1379

Oxşar yazılar