Şəmkirdə mikroavtobus aşdı: 1 ölü, 4 yaralı
17 fevral 2011 10:31 (UTC +04:00)

Şəmkirdə mikroavtobus aşdı: 1 ölü, 4 yaralı

0
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Lent.az-a verilən məlumata görə, Bakı-Qazax magistralında hərəkət edən “Mercedes Transit” markalı mikroavtobus sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxaraq aşıb. Qəza nəticəsində mikroavtobusdakı sərnişinlərdən biri hadisə yerində keçinib. Sürücü və digər 3 nəfər isə ağır bədən xəsarətləri alaraq, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi ilə yanaşı, yolun sürüşkən olması da göstərilir. Faktla bağlı BDYPİ-nin İstintaq İdarəsində araşdırma başlanılıb.


Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 673

Oxşar yazılar