Gəncədə məktəb yandı
17 fevral 2011 13:21 (UTC +04:00)

Gəncədə məktəb yandı

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəpəz rayonunda Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 3000 kvadrat metr olan üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində yanğın başlayıb. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər alovun daha geniş miqyas almasının qarşısını alıb.


Yanğın gecə saatlarında baş verdiyindən məktəb binasında xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar