Günün tarixi
08 mart 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1618. Alman astronom İohan Kepler planetlərin hərəkətinin üçüncü qanununu kəşf edib

1910. 8 mart tarixi beynəlxalq qadınlar günü elan edilib. Keçmiş SSRİ-də bu tarix 1966-cı ildən etibarən qeyri iş günü sayılıb

1910. İspan kralı qadınlara təhsil hüququ verib

1911. ABŞ polisi ilk dəfə cinayətdə təqsirli bilinənlərin müəyyən edilməsində barmaq izlərindən istifadə edib

1917. Nyu-York qadınları kişilərlə bərabər hüquq əldə etmək üçün nümayiş keçirib

1920. Faysal Suriyanın kralı olub

1921. Rusiya Kommunist partiyasının X qurultayı başlayıb. Qurultayda Yeni İqtisadi siyasətə (YES) keçid haqqında qərar qəbul edilib

1921. Sovet lideri Vladimir Lenin 8 martı qadınlar günü elan edib

1930. Hindistanda Mahatma Qandinin başçılığı ilə vətəndaş itaətsizliyi kampaniyası başlayıb

1944. Stalin balkarların köçürülməsi barədə göstəriş verib

1950. Sovet İttifaqı atom silahına malik olduğunu rəsmən elan edib

1955. Sumqayıt alüminium zavodu işə salınıb

1957. ABŞ-da 8 mart qadınlar günü elan edilib

1957. Süveyş kanalı Misirin sərəncamına keçib

1963. Çin Rus imperiyası ilə 1858-də bağlanmış Ayqun müqaviləsini birtərəfli qaydada ləğv edərək, torpaqlarını geri tələb edir

1972. Fransada hamiləliyin qarşısını alan vasitələr qanuniləşdirilib

1974. Avropanın ən böyük hava limanlarından olan Şarl de Qoll aeroportu (Paris) açılıb

1994. Azərbaycanla Çin arasında “Investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” imzalanıb

1996. Azərbaycanla Gürcüstan arasında “Karbohidrogenlərin Gürcüstanı ərazisindən kənara nəql olunması haqqında Saziş” imzalanıb

1977. BMT 8 mart Beynəlxalq qadınlar gününü rəsmiləşdirib

2005. “İçkeriya Çeçen Respublikasının prezidenti” Aslan Məshədov Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülüb

2009. Azərbaycan prezidenti İlham Əliyev İrana səfər edib, Azərbaycan və İran arasında 7 müqavilə imzalanıb.

Günün aforizmi

“Qadın gülərsə bu qəmli mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.

Hüseyn Cavid
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 634

Oxşar yazılar