“Mercedes”lə “Hyundai” toqquşdu: 1 ölü, 3 yaralı
09 mart 2011 10:37 (UTC +04:00)

“Mercedes”lə “Hyundai” toqquşdu: 1 ölü, 3 yaralı

0
Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ziya Bünyadov prospektində “Çingizxan” sarayının qarşısında 90 HB 235 nömrə nişanlı “Mercedes” markalı və 90HV 409 nömrə nişanlı “Hyundai” markalı iki avtomobil toqquşub.


Nəticədə avtomobillərdən birində olan sərnişin 1984-cü il təvəllüdlü Məmmədova Aygün Rövşən qızı hadisə yerində ölüb. Daha 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma başlanılıb.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 604

Oxşar yazılar