Ötən il koalisiya qüvvələrinə qarşı vuruşmuş 3 azərbaycanlı həbs edilib
09 mart 2011 12:11 (UTC +04:00)

Ötən il koalisiya qüvvələrinə qarşı vuruşmuş 3 azərbaycanlı həbs edilib

0
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2010-cu ilin yekunları ilə bağlı parlamentə təqdim etdiyi hesabatında bildirilir. Hesabatda qeyd olunub ki, Pakistan və Əfqanıstan ərazilərində koalisiya qüvvələrinə qarşı silahlı birləşmələrdə iştirak etdiklərinə görə barələrində beynəlxalq axtarış elan olunmuş 3 nəfər Azərbaycan vətəndaşı 2010-cu ildə saxta sənədlərlə ölkə ərazisində daxil olmaq istəyərkən tutulub.

İstintaqa cəlb olunmuş həmin şəxslər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 597

Oxşar yazılar