Günün tarixi
11 mart 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1812. İngiltərənin Nottingem əyalətində ludçular – texniki vasitələrin əleyhdarları üsyan qaldırıb

1905. Parisdə metro açılıb

1917. İngilis qoşunu Bağdadı tutub

1925. Görkəmli aktyor Bəşir Səfəroğlu anadan olub

1931. Keçmiş SSRİ ərazisinə “Bibliya” gətirilməsi və satılması qadağan edilib

1938. Azərbaycan aşıqlarının I qurultayı başlayıb

1941. ABŞ prezidenti Ruzvelt müttəfiqlərə hərbi yardımı nəzərdə tutan “Lendliz” qanununu imzalayıb

1970. Səddam Hüseyn və Mustafa Bərzani arasında dialoqdan sonra “İraq Kürdüstanı Muxtar Bölgəsi” təsis edilib

1985. Mixail Qorbaçov Sov. İKP MK-nın baş katibi seçilib

1987. Helmut Kol yenidən Almaniyanın federal kansleri seçilib

1990. Litva parlamenti ölkənin müstəqilliyini elan edib

1990. Avqusto Pinoçet rejimi devrilib, Çiliyə mülki prezident seçilib

1992. Azərbaycan Respublikası Böyük Britaniya və Qvineya ilə diplomatik əlaqələr qurub

1992. Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağa dair bəyannamə qəbul edib

1993. Gürcüstan parlamenti dövlət dilini bilməsindən asılı olmadan ölkədəki bütün xalqlara vətəndaşlıq hüququ verib

2004. Madriddə qatarda törədilən seriya terror aktları 200-dək insanın həyatına son qoyub, 1800-dən çox insan yaralanıb

2006. Serbiya lideri Slobodan Miloşeviç vəfat edib

2006. Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Tədbirlər Planını hazırlanıb. Planı Heydər Əliyev Fondunun dəstəyi ilə norveçli ekspertlər hazırlayıb

2009. Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi Səid Qurbanov Bakıdakı xəstəxanalardan birində vəfat edib

2009. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfərə gəlib.

Günün aforizmi

“Gözəl üslub ürəkdən doğur”.

Denis Didro
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 592

Oxşar yazılar