Qubada 2 mərtəbəli ev yandı
10 mart 2011 13:06 (UTC +04:00)

Qubada 2 mərtəbəli ev yandı

0
Martın 9-da Quba rayonunun 1-ci Nügədi kəndində yanğın baş verib. Lent.az-ın bölgə müxbirinin məlumatına görə, nəticədə kənd sakini Sima Nadirovaya məxsus iki mərtəbəli evin ikinci mərtəbəsinin 50 kvadratmetrlik hissəsi yanaraq külə dönüb.

Yanğın zamanı evdə 70 yaşlı qadın olub. Onu qonşuların köməyilə evdən çıxartmaq mümkün olub. Hadisə yerinə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. 20 dəqiqə ərzində yanğının qarşısı alınıb.

Quba DYMH-nin rəisi Əzizağa Qasımovun Len.az-a verdiyi məlumata görə, hadisəyə elektrik xəttində baş verən qısaqapanma səbəb olub.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 638

Oxşar yazılar