Bakıda polis qaynını və xalasını bıçaqladı
06 aprel 2011 10:08 (UTC +04:00)

Bakıda polis qaynını və xalasını bıçaqladı

0
Aprelin 6-da keçən gecə saat 02 radələrində Bakıda bıçaqlanma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsində işləyən çavuş Elşad Həsənəliyev Səbail rayonu Əliyev küçəsindəki mənzildə, mübahisə zəminində 1985-ci il təvəllüdlü qaynı, Biləsuvar rayon sakini Əliyev Ülvi Rafiq oğlunu bıçaqlayıb. Bıçaq 26 yaşlı Ü.Əliyevin kürəyindən dəyib. Bu zaman E.Həsənəliyev onu sakitləşdirmək istəyən xalası, 1967-ci il təvəllüdlü Qurbanova Hökuməyə də bıçaqla xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. H.Qurbanovanın xəsarəti nisbətən yüngül olduğundan ona ambulator müalicə yazılıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar