Bərdədə 14 yaşlı qız 5 gün ərzində zorlanıb
06 aprel 2011 11:09 (UTC +04:00)

Bərdədə 14 yaşlı qız 5 gün ərzində zorlanıb

0
Bərdə rayonunda yetkinlik yaşına çatmamış qız cinsi təcavüzə məruz qalıb. Rayonun hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Bərdə rayonu, Qaradağlı kənd sakini V.S 31 mart 2011-ci il tarixdə rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Şikayət ərizəsində göstərilib ki, Bərdə rayonu Bəcirəvan kənd sakini İsbəndiyarov Xəqani Telman oğlu onun qızını, 1997-ci il təvəllüdlü V.M-nı 23 mart 2011-ci il tarixdə yaşadıqları evin qarşısındakı küçədən özlərinə məxsus avtomaşınla qaçırıb.


1979-cu il təvəllüdlü X.İsbəndiyarov 23 mart 2011-ci il tarixdən 28 mart 2011-ci il tarixədək V.M. ilə bir neçə dəfə zorla cinsi əlaqədə olub. Sonradan M.V-nın valideynləri qızlarının yerini müəyyən edərək onu evə qaytarıblar.


31 mart 2011-ci il tarixdə Bərdə rayon Prokurorluğunda faktla əlaqədar Azərbaycan Respublikası CM-in 149.2.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Artıq İsbəndiyarov Xəqani Telman oğlu təqsirləndirilən şəxs qismində həbs olunub.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6753

Oxşar yazılar