Toya hazırlaşan qızın cehizləri yandı
0
0
Xaçmaz rayonunda iki mərtəbəli yaşayış evi yanıb. Yanğın rayonun Ağaşirinoba kəndində kənd sakini Akif Baxışova məxsus iki mərtəbəli yaşayış evində qeydə alınıb.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, alovun söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, evin bir otağı ev əşyaları ilə birlikdə yararsız vəziyyətə düşüb. Ev sahibinə təxminən 7000 manat ziyan dəyib. Yanan əşyaların içərisində ev sahibinin yaxın vaxtlarda toyuna hazırlaşdıqları qızı Aytən Baxışovanın da cehizləri olub.
Vəli Turan