Günün tarixi
07 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1789. Sultan I Əbülhəmid vəfat edib

1906. Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə “Molla Nəsrəddin” jurnalının ilk sayı Tİflisdə işıq üzü görüb

1918. Yazıçı Bayram Bayramov anadan olub

1930. Keçmiş SSRİ-də İslah əmək düşərgələrinin artırılmasına qərar verilib

1933. ABŞ-da “Quru qanunu” ləğv edilib. Qanun spirtli içkilərin istehsalı və satışını qadağan edirdi

1947. Amerikan avtomobil konstruktoru Henri Ford vəfat edib

1948. Ümumdünya Səhiyyə Təşkilatı təsis edilib

1957. Nyu-Yorkda sonuncu dəfə trolleybus xəttə çıxıb

1959. Azərbaycan yazıçılar birliyinin katibi Çingiz Abdullayev anadan olub

1963. Yuqoslaviya Sosialist Respublikası elan edilib

1989. SSRİ-yə məxsus “Komsomoles” atom sualtı qayığı Norveç dənizində batıb. Qəzada 42 nəfər həlak olub, 30 nəfər xilas edilib

1991. Ermənilər Qubadlı rayonu ərazisində yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın ediblər. Basqın zamanı 2 nəfər (o cümlədən 1 rus zabiti) öldürülüb, 4 nəfər yaralanıb

1992. Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurub

1993. Brüsseldə Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat qəbul edilib

1994. Qahirədə Azərbaycan və Misir arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş və konsulluq konvensiyası imzalanıb

2001. Azərbaycan və Ermənistan prezidentlərinin Ki Uest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmayıb

2003. Koalisiya qüvvələri Bağdadı tutub

2005. Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

Günün aforizmi

“Sözün doğrusunu danışmaq hünərdir”.

Cəlil Məmmədquluzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 495

Oxşar yazılar