Bakıda 4 kişi 31 yaşlı qadını əzişdirib
0
0
Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Səbinə Hüseynova idarəyə şikayət ərizəsilə müraciət edib. 31 yaşlı qadın ərizəsində bir neçə kişinin onu döydüyünü bildirib.
Məsələ ilə bağlı araşdırma aparan polis qadının öz qonşuları tərəfindən döyülməsini müəyyən edib. Məlum olub ki, Əmircan qəsəbəsinin Bünyadov küçəsində yaşayan qonşular arasında bir müddətdir ki, narazılıq var. Münaqişə o həddə çatıb ki, nəticədə qadın döyülüb.
Artıq polis S.Hüseynovanı döyməkdə şübhəli bilinən 4 nəfərin - Zaur Ağayev, Bəxtiyar Əliyev, Ələsgər Quliyev və onun oğlu Yaqubun izahatını alıb. Məlum olub ki, dava tək S.Hüsynovanın döyülməsi ilə bitmir. Bu səbəbdən də onlar izahat verdikdən sonra sərbəst buraxılıb. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir. Qonşuların hansı səbəbdən bir-birinə düşmən kəsildiyi isə açıqlanmır.
Nizam RZA