Bakıda ailə faciəsi: ana və 2 yaşlı oğlu hamamda öldü
0
0
Aprelin 6-da Bakıda ana və körpəsinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Z.Kərimov küçəsindəki evdə, həmin evdə yaşayan 1980-ci il təvəllüdlü Aytac Məmmədova və onun 2 yaşlı oğlu Mehdi Məmmədovun meyitləri tapılıb. Ana və balanın meyiti hamam otağında aşkarlanıb.
İlkin məlumata görə, hər iki şəxs dəm qazından boğulma nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA
İlkin məlumata görə, hər iki şəxs dəm qazından boğulma nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Nizam RZA
0
0