“Azərbaycandakı əcnəbi məhkumların çoxu İran vətəndaşıdır”
26 aprel 2011 15:22 (UTC +04:00)

“Azərbaycandakı əcnəbi məhkumların çoxu İran vətəndaşıdır”

0
“Azərbaycanda xarici ölkə vətəndaşı olan məhkumlar çoxdur, lakin İran vətəndaşları üstünlük təşkil edir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.


Mədət Quliyev Azərbaycanda 180 nəfərə yaxın İran vətəndaşı olan məhkumun olduğunu bildirib: “Onlardan bəziləri ekstradisiya olunur. Bəziləri isə azadlığa çıxandan sonra yenidən eyni maddə ilə həbs olunurlar”.

Xidmət rəisi narkoloji asılılığı olan məhkumların müalicəsi üçün metadom proqramının tətbiq oluna biləcəyini də qeyd edib: “Bu sahədə araşdırmalar aparılır. Hesab edirəm ki, bu proqram tətbiq oluna bilər”.


Mədət Quliyev cəzaçəkmə müəssisələrində Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi üzrə cəza çəkən 5 minə yaxın məhkumun olduğunu deyib. O, Azərbaycanda vaxtından əvvəl azadlığa buraxılmaya şəffaf qaydada əməl olunduğunu da bildirib: “Hər bir müəssisədə bu cür məhkumların siyahısı asılıb. Belə məhkumlar minlərlədir. Lakin bəzən məhkum həmin vaxt çatanda hansısa səhv hərəkətə yol verir. Buna görə də onun azadlığa buraxılması başqa vaxta keçir”.


Mədət Quliyev məhkumların internetə çıxışının qanunda öz əksini tapmadığını açıqlayıb: “Bəzi ölkələrdə belə bir qanun mövcuddur. Lakin Azərbaycanda belə qanun yoxdur. Əgər bununla bağlı qanun qəbul olunsa, bu məsələ həll oluna bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 644

Oxşar yazılar