TƏBİB-in sistemi çökdü:  günlərdir işləmir - YENİLƏNİB
08 oktyabr 2026 11:50 (UTC +04:00)

TƏBİB-in sistemi çökdü: günlərdir işləmir - YENİLƏNİB

0

TƏBİB-in elektron sistemindəki narazılıqla bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məlumat yayıb.

Lent.az xəbər verir ki, məlumatda qeyd olunub ki, elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb. 

Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik.

***

09:23

Ölkə üzrə üç gündür TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sistem işləmir. 

Lent.az xəbər verir ki, oktyabrın altısından bəri xəstəxana və polikilinikalara arayış almaq üçün gedən vətəndaşlara sistemin işləmədiyi bildirilir. 

Vətəndaşlar arayış, tibbi sənəd almaq, həmçinin hərbi xidmət üçün yoxlanışa getdikdə əli boş qayıdırlar. Həkimlər "gözləyin, sistem düzələcək", desə də, üç gündür problem həll olunmur. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlasaq da, hələ ki, rəsmi münasibət bildirilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 958

Oxşar yazılar