Baş həkim və həyat yoldaşı dəhşətli qəzada öldülər
0
0
Bu barədə APA-nın Mil-Muğan bürosuna BDYP-dən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 19.00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Qızılburun ərazisində Şirvan şəhər xəstəxanasının baş həkimi Murad Salmanov idarə etdiyi “Hyundai” markalı avtomobillə TİR yük avtomobili toqquşub. Nəticədə baş həkim 1965-ci il təvəllüdlü Murad Sabir oğlu Salmanov və avtomobildə olan onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Salmanova Kəmalə Zabil qızı hadisə yerində keçiniblər.
Faktla bağlı BDYP araşdırma aparır.
Faktla bağlı BDYP araşdırma aparır.
0
0