İtkin düşən mühasibin meyiti Kürdən tapıldı
0
0
Aprelin 7-də Kürdəmir rayonunda itkin düşmüş şəxsin meyiti tapılıb.
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, itkin düşmüş şəxs kimi qeydiyyatda olan rayon sakini Nadir Mehdiyevin meyiti Kür çayının Carlı kəndindən keçən hissəsində tapılıb. Onun özünü Kürə atdığı ehtimal edilir.
Qeyd edək ki, mətbuatda N.Mehdiyevin Kürdəmir rayonundan deputat seçilən Fərhad Qəribova məxsus zavodun baş mühasibi olması ilə bağlı məlumat yayılmışdı. İddia olunurdu ki, N.Mehdiyev zavoddakı fəaliyyəti ilə əlaqədar yoxa çıxıb. Millət vəkili Fərhad Qəribov isə “Nadir Mehdiyev iki ildir ki, həmin müəssisədə işləmir” deyərək yazılanlara münasibət bildirmişdi.
Hazırda Kürdəmir RPŞ-da Nadir Mehdiyevin hansı şəraitdə Kürə düşməsi ilə bağlı araşdırma aparılır.
Nizam RZA